Eyfel qülləsi bağlandı

Eyfel qülləsi bağlandı
Gündəm 18 Sentyabr 2025 17:01

Parisin əsas turizm obyekti olan Eyfel qülləsi tətillər səbəbindən bu gün ziyarətçilər üçün bağlanıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə abidənin rəsmi saytında dərc edilmiş bildirişdə deyilir.

"Sentyabrın 18-də ümummilli tətillə əlaqədar olaraq Eyfel qülləsi bağlıdır", - məlumatda qeyd olunur.

Eyni zamanda, qüllənin altındakı meydan ziyarətçilər üçün saat 21:00-dək açıq qalacaq.