Futbolçu qol vurandan sonra qəfil öldü

Futbolçu qol vurandan sonra qəfil öldü
Gündəm 17 Sentyabr 2025 18:00

41 yaşlı serbiyalı futbolçu Deyan Milovanoviç oyun zamanı dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, hadisə futbolçunun qol vurmasından bir neçə dəqiqə sonra baş verib.

Məlumata görə, oyunçu birbaşa meydançada ürək tutması keçirib. O, azarkeşlərin və komanda yoldaşlarının gözü qarşısında huşunu itirib.

Həkimlər dərhal köməyə gəlib və Milovanoviçi reanimasiya etməyə cəhd ediblər, lakin onu xilas etmək mümkün olmayıb.