Kamçatkada 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edilib

Kamçatkada 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edilib
Dünya 13 Sentyabr 2025 09:19

Kamçatka sahillərində baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.

Sitat.info xəbər verir ki, bu barədə "RİA Novosti"yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova məlumat verib.

Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr təşkil edib.