İsrailin hava limanlarına hücum oldu

İsrailin hava limanlarına hücum oldu
Gündəm 08 Sentyabr 2025 20:36

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları İsraildəki hədəflərə, o cümlədən Tel-Əvivdəki Ben Qurion və Eylat yaxınlığındakı Ramon hava limanına pilotsuz təyyarələrlə zərbələr endirib, 

Sitat.info xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sariya məlumat verib.

Onun sözlərinə görə, üç pilotsuz uçuş aparatından istifadə edərək Dimona şəhərindəki mühüm obyektə də hücum olunub. 

Qeyd edilir ki, bu şəhərin yaxınlığında nüvə tədqiqat mərkəzi yerləşir.