772 azərbaycanlı Ukrayna savaşında itkin düşüb - Şok

772 azərbaycanlı Ukrayna savaşında itkin düşüb - Şok
Gündəm 08 Sentyabr 2025 20:24

Rusiyadakı azərbaycanlılar 4 min manata ekvivalent olan maaş və vətəndaşlıq üçün rus ordusu ilə müqavilə imzalayır. İndi onlardan 772 nəfər azərbaycanlının aqibətindən xəbər yoxdur. Bu şəxslərin çoxunun müharibədə məhv olduğu, bəzilərinin isə əsir düşdüyü ehtimal edilir. Çox az sayda Azərbaycan vətəndaşı rus ordusuna yazıldıqdan sonra qaça bilib.

Sitat.info xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.