Amerikada dini geri qaytarmalıyıq

Amerikada dini geri qaytarmalıyıq
Gündəm 08 Sentyabr 2025 20:12

"Amerikada dini geri qaytarmalıyıq”.

 

Sitat.info -nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.

 

O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.

 

“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.

 

ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.