İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək - SƏBƏB

İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək - SƏBƏB
İdman 26 May 2022 21:31

İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, bunu İranın idman nazirinin müavini Sina Kalhor Kanada Futbol Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvinə münasibət bildirərkən deyib.

O bildirib ki, Kanada Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvi bir daha göstərdi ki, qeyri-siyasi idman şüarı Qərb ölkələrinin maraqlarına pərdədir.

Nazir müavini öz tvitter hesabında qeyd edib ki, İran Furbol Federasiyası oyunun birtərəfli ləğvinə görə müqaviləyə əsasən 10 milyon dollar təzminat tələb edəcək.