İsrail Qəzzada HƏMAS-ın kəşfiyyat binasını vurdu

İsrail Qəzzada HƏMAS-ın kəşfiyyat binasını vurdu
Gündəm 06 Sentyabr 2025 14:00

İsrail ordusu (ÇAXAL) bu gün Qəzzada HƏMAS tərəfindən istifadə olunan daha bir çoxmərtəbəli binaya zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.

Bildirilib ki, vurulan bina HƏMAS tərəfindən kəşfiyyat fəaliyyəti və əməliyyat məqsədləri üçün istifadə olunub.

O da vurğulanıb ki, binanın yaxınlığında yeraltı tunel infrastrukturu mövcud olub və bu, terror fəaliyyətlərinin koordinasiyası üçün istifadə olunub.