Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
Gündəm 06 Sentyabr 2025 11:30

Avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli bəyannamədən udan Azərbaycan və ABŞ-dir, Ermənistan yox.

Sitat.info xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Rusiyanın dövlət agentliyi TASS-a deyib.

“Vaşinqtonda imzalanan bəyannamədən ABŞ və Azərbaycan udur. ABŞ Prezidenti Tramp ona görə qalib gəldi ki, o, müharibəni özünün dayandırdığını elan etdi, 35 illik münaqişəyə son qoyduğunu söylədi. İkinci qalib isə Azərbaycandır, əldə etmək istədiklərini aldı”, - diaspor rəhbəri bildirib.