Sabah tam Ay tutulması olacaq - Bakıdan da görünəcək

Sabah tam Ay tutulması olacaq - Bakıdan da görünəcək
Gündəm 06 Sentyabr 2025 11:00

2025-ci il sentyabrın 7-dən 8-nə keçən gecə son üç ilin ən uzun tam Ay tutulması baş verəcək. Bu nadir astronomik hadisəni planetin əhalisinin təxminən 88%-i görə biləcək.

Sitat.info xəbər verir ki, Ay tutulmasının sentyabrın 7-də saat 22:11-dən başlayacağı və 1 saat 22 dəqiqə davam edəcək. Ay tamamilə Yerin kölgəsinə girəcək və qırmızı rəng alacaq.

Kölgə açıq narıncıdan tünd qırmızıya qədər dəyişə bilər. Ona görə də bu hadisəyə “Qanlı Ay” da deyirlər.