Ronaldo İrəvana gəldi

Ronaldo İrəvana gəldi
Gündəm 05 Sentyabr 2025 20:50

Portuqaliyanın futbol üzrə millisi İrəvanda oyunöncəsi ilk məşqini keçirib. 

Sitat.info xəbər verir ki, ulduz futbolçu Kristiano Ronaldonun başçılıq etdiyi portuqaliyalılar cümə axşamı İrəvana gəlib.

Qeyd edək ki, şənbə günü, sentyabrın 6-da portuqallar DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu Ermənistan komandasına qarşı keçirəcək.