Patrik Heminquey vəfat etdi

Patrik Heminquey vəfat etdi
Gündəm 04 Sentyabr 2025 20:20

Tanınmış ədəbiyyatçı Ernest Heminqueyin oğlu, yazıçı Patrik Heminquey 97 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə “The New York Times” (NYT) onun ailə üzvlərinə istinadən məlumat yayıb.

Yazıçının ABŞ-nin Montana ştatındakı evində öldüyü bildirilir.

P. Heminquey atasının sağlığında bitirə bilmədiyi “Həqiqətə nəzər salmaq” kitabını tamamlamaqla tanınır.