Prezident səfiri geri ÇAĞIRDI

Prezident səfiri geri ÇAĞIRDI
SİYASƏT 04 Sentyabr 2025 16:31

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Sitat.info  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, H.Hüseynov Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.