Güclü külək əsir

Güclü külək əsir
SOSİAL 04 Sentyabr 2025 11:06

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.