"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti...

\"Benfika\" - \"Qarabağ\" matçının biletlərinin qiyməti...
Gündəm 03 Sentyabr 2025 17:30

 

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Benfika" (Portuqaliya) - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.

Qeyd edək ki, "Qarabağ" Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının I turunda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.