Uşağa işgəncə verən qəyyum saxlanıldı, cinayət işi açıldı

Uşağa işgəncə verən qəyyum saxlanıldı, cinayət işi açıldı
Gündəm 02 Sentyabr 2025 19:24

 

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.