Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olunub

Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olunub
Gündəm 02 Sentyabr 2025 17:34
Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.


“PostMedia” xəbər verir ki, Elnarə Baxış Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ayrı-ayrı dövrlərdə müxtəlif televiziyalarda müxbir və aparıcı kimi fəaliyyət göstərib.

Son beş ildə isə o, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.