Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi
Gündəm 02 Sentyabr 2025 11:07

Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı kanaldan ayrılıb.

Bu barədə o, "Facebook" hesabında məlumat verib.

"Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb, sağollaşdım. Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çoxsaylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür", - deyə Nəcəf Həsənov yazıb.