Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb

Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb
HADİSƏ 01 Sentyabr 2025 21:25

 

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 812 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə mətbuat konfransında ölkə hökumətinin rəsmi nümayəndəsi Zabihulla Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı isə 2817-yə çatıb.