Ərdoğanla Paşinyan arasında təkbətək görüş keçirildi

Ərdoğanla Paşinyan arasında təkbətək görüş keçirildi
SİYASƏT 01 Sentyabr 2025 09:55

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

 

Sitat.info bu barədə "Sputnik Ermənistan"a istinadən məlumat verib.

 

İki ölkə rəhbərinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində baş tutub.

 

Görüşün təfərrüatı hələlik açıqlanmayıb.