İlham Əliyev FƏRMAN imzaladı

İlham Əliyev FƏRMAN imzaladı
SİYASƏT 29 Avqust 2025 16:31

Azad olunan ərazilərdə tullantıların idarə edilməsi təkmilləşdiriləcək.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı azad olunan ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Fərmanın imzalanmasında məqsəd Azərbaycanda tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun inkişafının təmin edilməsi və bu fəaliyyətin işğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçirilməsidir.