Tramp Soros və oğlunu ittiham etdi

Tramp Soros və oğlunu ittiham etdi
Gündəm 27 Avqust 2025 19:00

Tramp Corc Soros və oğlunu ABŞ-dakı etirazlara dəstək verdiklərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Sitat.info xəbər verir ki, o bu barədə özünün “Truth Social” səhifəsində yazıb.

Tramp Corc Soros və onun oğlunu ölkədə baş verən etirazlara dəstək verməkdə ittiham edib:

“Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurdular! Buraya onun Qərbdəki "dəli" dostları da daxildir. Ehtiyatlı olun, biz sizi izləyirik!"