Ermənistan ABŞ-a yeni səfir təyin edib

Ermənistan ABŞ-a yeni səfir təyin edib
SİYASƏT 27 Avqust 2025 16:42

Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki, Narek Mkrtçyan Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib.

Narek Mkrtçyan Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.