Yevlaxda oğul atasını bıçaqladı

Yevlaxda oğul atasını bıçaqladı
KRİMİNAL 26 Avqust 2025 22:09

Yevlaxda oğul atasını bıçaqlayıb. 

Sitat.info xəbər verir ki, hadisə Havarlı kəndində baş verib.

1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Əldə olunan ilkin məlumata əsasən onu ailə mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.