Belçika gələn ay Ukraynaya F-16-lar verəcək

Belçika gələn ay Ukraynaya F-16-lar verəcək
Gündəm 26 Avqust 2025 20:15

 

Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. 

Sitat.info xəbər verir ki, bu barədə Odessada Ukrayna ilə Benilüks ölkələri (Belçika, Hollandiya və Lüksemburq) arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.

“Biz sizə gələn ayın əvvəlində bir neçə F-16 təqdim edəcəyik”, - deyə Prevo bildirib.

O, nə qədər təyyarənin göndəriləcəyini söyləməyib.