Bakıda kişi müəmmalı şəkildə öldü: meyitini ailəsi tapdı

Bakıda kişi müəmmalı şəkildə  öldü: meyitini ailəsi  tapdı
Gündəm 25 Avqust 2025 20:12

Bakıda kişi yaşadığı evdə ölü halda tapılıb.

Sitat.info xəbər verir ki, hadisə Yasamal rayonu, II Alatava adlanan ərazidə qeydə alınıb.

55 yaşlı Rəhimov Saydın Sərkar oğlunun meyiti yaşadığı evin hamam otağının qarşısında ailə üzvləri tərəfindən aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.