Putin qapalı şəhərə, nüvə mərkəzinə gəldi

Putin qapalı şəhərə, nüvə mərkəzinə gəldi
Gündəm 22 Avqust 2025 21:00

 

Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində yerləşən qapalı Sarov şəhərinə gəlib. 

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, şəhərdə Rusiya Federal Nüvə Mərkəzi - Rosatomun Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu (RFNC-VNIIEF), həmçinin Lomonosov adına Moskva Dövlət Universitetinin tədris klasteri yerləşir.

Putin Sarova sonuncu dəfə şəhərə 2023-cü ilin sentyabrında gəlib.