İƏT Qəzza ilə bağlı fövqəladə iclas çağırır

İƏT Qəzza ilə bağlı fövqəladə iclas çağırır
Gündəm 22 Avqust 2025 19:13

Avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Qəzzada baş verən hadisələri müzakirə etmək üçün Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci fövqəladə iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, iclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.