AFFA əməkdaşları UEFA-dan təyinat aldı

AFFA əməkdaşları UEFA-dan təyinat aldı
Gündəm 21 Avqust 2025 17:26

AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.