ABŞ-da qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edildi

ABŞ-da qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edildi
Gündəm 20 Avqust 2025 21:00

 

“Erin” qasırğası Karib hövzəsindən sürətlə ABŞ-ın şərq sahillərinə yaxınlaşır.

Sitat.info xəbər verir ki, bu barədə Şimali Karolina Qubernatorluğu məlumat yayıb.

Ştat hökuməti sahil xəttinə lazımi avadanlıq və personal dəstəyini artırıb. Qubernator Coş Steyn qasırğa təhlükəsinin yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib. Ölçüsü və intensivliyinin artması gözlənilən qasırğanın sel və dağıntılara səbəb olacağı gözlənilir. Vətəndaşlardan təcili yardım dəstləri toplamaq və zəruri hallarda evakuasiya əmrlərinə hazır olmaq tövsiyə olunur.