Türkiyənin bu vilayətində meşə yanğını başladı

Türkiyənin bu vilayətində meşə yanğını başladı
Gündəm 20 Avqust 2025 18:38

Türkiyənin Bolu vilayətinin Mengen rayonunda meşə yanğını başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Məlumata görə, naməlum səbəbdən başlayan meşə yanğını küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Ərazinin sıldırım qayalardan ibarət olması isə yanğınsöndür’nlərin işini xeyli çətinləşdirib.

Hazırda yanğına havadan və qurudan müdaxilələr edilir.