Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ
SOSİAL 25 May 2022 16:33

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, yeni "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq.

Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.

SİTAT.İNFO