Qazaxdakı yanğın söndürülüb

Qazaxdakı yanğın söndürülüb
Gündəm 15 Avqust 2025 17:22

Qazax rayonunun Xanlıqlar kəndində baş verən yanğın söndürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.