Prezident nazirin birinci müavinini işdən azad etdi

Prezident nazirin birinci müavinini işdən azad etdi
Gündəm 25 May 2022 15:40

Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin fərmanına əsasən, struktur dəyişikliyi edilib və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib, “birinci müavin və 2 müavin” isə 5 müavinlə əvəzlənib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəzifəsi ləğv edilən nazirin birinci müavini Əli İzzət oğlu Abdullayev yeni təyinat almayıb.

“Əli Abdullayev nazirlikdə başqa vəzifəyə təyin edilməyib və işdən azad olunub”, - Mətbuat xidmətindən bildirilib.