Həştərxana hücum: Ukrayna Rusiya gəmisini vurdu

Həştərxana hücum: Ukrayna Rusiya gəmisini vurdu
Gündəm 15 Avqust 2025 14:13

Ukrayna Silahlı Qüvvələri Həştərxan vilayətindəki “Olya” dəniz limanına hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"İrandan gətirilən “Şahid” tipli PUA-lar üçün komponentlər və döyüş sursatları ilə yüklənmiş "Port Olya 4" gəmisi məhv edilib", - məlumatda qeyd olunub.