Ərdoğan və Rutte Ukraynanı müzakirə etdilər

Ərdoğan və Rutte Ukraynanı müzakirə etdilər
Gündəm 14 Avqust 2025 18:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son durumu, İstanbul danışıqlarının perspektivini müzakirə ediblər.