İspaniyada təyyarə qəzası: ölənlər var

İspaniyada təyyarə qəzası: ölənlər var
Gündəm 09 Avqust 2025 17:15

 

İspaniyanın Valensiya muxtariyyətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qəza zamanı azı 2 nəfərin öldüyü bildirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər.

Qəzanın səbəbləri bəlli deyil, araşdırma aparılır.