AŞPA sədrindən sülh razılaşması barədə açıqlama

AŞPA sədrindən sülh razılaşması barədə açıqlama
Gündəm 09 Avqust 2025 16:28

 

Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edirəm.

Sitat.info xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Vaşinqtonda ABŞ-ın himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayır:

“AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.