Sandu Bakı və İrəvanı təbrik etdi

Sandu Bakı və İrəvanı təbrik etdi
Gündəm 09 Avqust 2025 14:34

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı əldə olunan razılaşma münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, o bununla bağlı özünün X hesabında qeyd edib.

“Ermənistan və Azərbaycan arasındakı razılaşma onilliklərdən bəri davam edən düşmənliyi bitirmək istiqamətində mühüm hadisədir. Biz hər iki tərəfi, elə cə də ABŞ prezidentini regionda sülh, barışıq və daha böyük rifaha gedən yolu açmağa kömək etdiklərinə görə təbrik edirik”, - Sandu bildirib.