AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI
8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. AMİP hesab edir ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir.
Bütün bu sadalananlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında əldə edilən qələbə və keçən dövr ərzində bu istiqamətdə aparılan uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq mümkün oldu. Məhz Azərbaycan Prezidenti, cənab İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi.
Azərbaycan Milli İstiqlal Partiyası əldə olunan razılaşmaları Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirərək təqdir edir və hesab edir ki, xarici düşmənlə münasibətlərin normallaşması ölkə daxilinə daha çox diqqət ayırmağa və müxtəlif sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır.
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI