Liftdə qalan 16 nəfər xilas edildi

Liftdə qalan 16 nəfər xilas edildi
HADİSƏ 08 Avqust 2025 10:15

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 xilasetmə əməliyyatı keçirilib.

FHN-dən Sitat.info-ya verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 16 nəfərə müvafiq köməklik göstərilib.