Əfsanəvi musiqiçi vəfat etdi

Əfsanəvi musiqiçi vəfat etdi
MƏDƏNİYYƏT 07 Avqust 2025 12:07

Məşhur pianoçu, bəstəkar və dirijor Eddi Palmieri 89 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, musiqiçi Nyu Cersidəki evində uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Musiqiçi karyerası ərzində səkkiz “Qremmi” mükafatı qazanıb və 40-a yaxın albom buraxıb. O, “Qremmi” mükafatına layiq görülən ilk latın amerikalı əsilli musiqiçidir.