Kostadinov “Sabah”la oyunu buraxacaq

Kostadinov “Sabah”la oyunu buraxacaq
Gündəm 06 Avqust 2025 13:26

Bolqarıstanın “Levski” klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək ilk oyunda heyət itkisi ilə üzləşə bilər.

Sitat.info xəbər verir ki, “Tema Sport” nəşrinə istinadən xəbər verir ki, “Braqa” ilə əvvəlki qarşılaşmada zədə alan yarımmüdafiəçi Georgi Kostadinovun “Sabah”la oyunda iştirakı sual altındadır.

Tibbi personal futbolçunun sağalması üçün səylə çalışsa da, riskə getmək istəmədikləri, onun meydanda olmasının real görünmədiyi bildirilir.

Qeyd edək ki, “Levski” – “Sabah” oyunu avqustun 7-də Sofiyada, Georgi Asparuhov stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.