41 dərəcəyədək isti var

41 dərəcəyədək isti var
Gündəm 05 Avqust 2025 10:17

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, hazırda ölkə ərazisində isti hava şəraiti davam edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.