İtkin düşən Şəfa tapıldı

İtkin düşən Şəfa tapıldı
Gündəm 04 Avqust 2025 20:57

Bakıda itkin düşən 20 yaşlı Bayrızadə Şəfa Nüsrət qızı tapılıb.

Bu barədə “Sitat.info”ya onun yaxınları məlumat verib.

Belə ki, Buzovna qəsəbəsində polis əməkdaşları ailəyə zəng edərək Şəfa Bayrızadənin tapıldığını bildiriblər.

Qeyd edək ki, gənc qız ötən ayın 28-də gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Ş.Bayrızadə evli olub və bir övladı var.