Onların qulluqda olmasının yaş həddi artırıldı – Təsdiq

Onların qulluqda olmasının yaş həddi artırıldı – Təsdiq
Gündəm 04 Avqust 2025 17:58

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanununu təsdiqləyib.

Yeni qanunla prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60-dan 65 yaşa qaldırılıb.