Bu xəstəxananın direktor və baş həkimi işdən çıxarıldı - Foto

Bu xəstəxananın direktor və baş həkimi işdən çıxarıldı - Foto
Gündəm 30 İyul 2025 13:31

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında kadr islahatları aparılıb.

Sitat.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Əmr imzalayıb.

Əmrə əsasən, Gədəbəy RMX-nin direktoru Firdovsi Sarıyev və baş həkim Etibar Hüseynov işdən çıxarılıblar.