Bakıda moped avtomobillə toqquşdu: ölən var

Bakıda moped avtomobillə toqquşdu: ölən var
Gündəm 26 İyul 2025 14:29

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Sitat.info xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində Kərimov Fərqan Taleh oğlu idarə etdiyi mopedlə ikinci dərəcəli yoldan əsas yola çıxan Həsənov Fəxri Bəxtiyar oğlunun idarə etdiyi “Şevrolet Malibu” markalı, 77 HC 529 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə mopedin sürücüsü F.Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.