İranda məhkəmə binasına silahlı hücum: ölən var

İranda məhkəmə binasına silahlı hücum: ölən var
Gündəm 26 İyul 2025 12:33

ranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.

Sitat.info Azad İran kanalına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs binaya soxulub.

Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.

Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.

Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.