Rusiya İsrailin qərarına qarşı çıxdı: Gözləyirik...

Rusiya İsrailin qərarına qarşı çıxdı: Gözləyirik...
Gündəm 24 İyul 2025 20:50

 

Knessetdə İsrailin suverenliyinin İordan çayının qərb sahilinə qədər uzadılmasına dair qəbul etdiyi bəyannamənin yerinə yetirilməyəcəyini gözləyirik.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN bildirib ki, sözügedən addım Fələstin-İsrail münaqişəsini daha da gərginləşdirəcək:

“Bu, İsrailin “Oslo prosesi” çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həmçinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin müddəalarına ziddir”.

Qeyd edək ki, ötən gün Knesset İordan çayının qərb sahilinin ilhaqına səs verib.